Bölgədə sülhün bərqərar olması üçün Ermənistan da maraqlı olmalıdır - ÖZƏL
10 Oktyabr 2023 13:11 Siyasət"Bölgədə sülhün bərqərar olması üçün Ermənistan da eyni dərəcədə maraqlı olmalıdır. Əfsuslar olsun ki, Ermənistanın baş nazir Nikol Paşinyanın bu məsələdə mövqeyi sabit deyil".
"OLAYLAR" xəbər verir ki, bu fikirləri Azərbaycan Həmrəylik Komitəsinin sədri Əlisahib Hüseynov səsləndirib. Onun sözlərinə görə, bir tərəfdən Paşinyanın siyasi iradəsizliyi, digər tərəfdən isə hazırda Ermənistanda hökm sürən siyasi gərginlik rəsmi İrəvanın real sülhə "hə" deməsinə, iiki ölkə arasında sülh müqaviləsinin bağlanmasına ciddi maneələr yaradır:
"Ermənistan hakimiyyəti və müxalifəti Cənubi Qafqazda yaranmış yeni reallıqları düzgün dəyərləndirə bilmir. Bu mənada, zaman Ermənistanın əleyhinə işləyir. Azərbaycan Prezidentinin vurğuladığı kimi normallaşmaya doğru addımlar atmaq üçün indi məqam gəlib çatıb və bu şansı əldən vermək həqiqətən də böyük səhv olar".