Azərbaycan və Gürcüstan hər zaman bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyib - ÖZƏL
10 Oktyabr 2023 12:34 Siyasət"Bu gün rəsmi Bakının təşəbbüsü ilə Cənubi Qafqazda etibarlı sülhün əsası qoyulur. Prezident İlham Əliyevin həyata keçirdiyi balanslı xarici siyasətin nəticəsində regionda sabitliyin qarantı, həmçinin bölgənin iqtisadi yüksəlişinin təminatçısıdır". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili, Milli Məclisin komitə sədri Hicran Hüseynovanın sözlərinə görə, hazırda dünyada baş verən hadisələr, geosiyasi proseslər, qeyri-sabitlik dinc, sakit, təhlükəsiz həyatın dəyəri getdikcə daha da aktuallaşdırır: "Azərbaycan son üç ildə Cənubi Qafqaz üçün separatizmdən uzaq firavan gələcək üçün davamlı inkişaf, rifah və firavanlığa yönəlmiş sülh gündəmini təşviq etməkdə davam edir. Bu təşəbbüslər qonşu Gürcüstandan birmənalı dəstək alır, tarixi dostluq, mehriban qonşuluq və strateji tərəfdaşlıq münasibətləri bu gün regionda dinc gələcəyin qurulmasının mühüm amillərindən birinə çevrilir. Bu baxımdan, Azərbaycan Prezidenti İlham Əliyevin oktyabrın 8-də Tbilisiyə işgüzar səfəri zamanı Gürcüstanın baş naziri İrakli Qaribaşvilinin verdiyi bəyanatlar göstəricidir. Bu gün Azərbaycan və Gürcüstanın eyni çağırış və problemlərlə üzləşdiyini deyən Prezident İlham Əliyev Cənubi Qafqazda sülhün hələ tam bərqərar olmadığını vurğulayıb. "Cənubi Qafqazda sülhün bərqərar olmasının vaxtı çatıb", - deyə dövlət başçısı vurğulayıb. Azərbaycan və Gürcüstan hər zaman bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyib. Bütün beynəlxalq təşkilatlarda xalqlarımızın bu və digər maraqlarını əks etdirən məsələlərdə hər iki dövlət bir-birini dəstəkləyib. Ölkələrin ərazi bütövlüyü beynəlxalq hüququn fundamental prinsipidir və ərazi bütövlüyünün pozulması qəbuledilməzdir. Azərbaycanın bu məsələ ilə bağlı mövqeyi birmənalıdır".