Gürcüstan Azərbaycanın strateji tərəfdaşıdır - ÖZƏL
10 Oktyabr 2023 12:00 Siyasət"Neft-qaz kəmərlərinin reallaşmasında, həmçinin nəqiyyat dəhlizlərinin çəkilməsində Azərbaycan-Türkiyə-Gürcüstan birliyi yüksək dəyərləndirilir. Regioal çərçivədə başlanan əməkdaşlığın coğrafiyası illər keçdikcə daha da genişlənir". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Malik Həsənovun sözlərinə görə, hər üç dövlətin birgə səyləri, siyasi iradəsi əsasında reallıqa çevrilən Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzirum qaz kəmərləri regional əməkdaşlığın inkişafında öz sözünü deyir: "Tərəfdaş ölkələrin iqtisadi inkişafında, enerji təhlükəsizliyinin təminatında başlıca amil olan bu layihələrin reallaşması bütünlükdə Avropa ölkələri üçün önəmli hadisə kimi dəyərləndirilir. Prezident İlham Əliyev səfər çərçivəsində mətbuata bəyanatında bildirdi ki, bu gün Gürcüstanın və Azərbaycanın digər qonşu ölkələrlə birgə icra etdiyi layihələr təkcə Cənubi Qafqaz regionu deyil, Avrasiya üçün böyük məna daşıyır. Bizdə həm güclü siyasi iradə, artıq yaradılmış güclü infrastruktur var. Ən əsas amil isə Gürcüstan-Azərbaycan dostluğu və strateji tərəfdaşlığıdır. Bu məqam da xüsusi qeyd edildi ki, energetika sahəsində ənənəvi sahələrdən başqa bu gün iki dost ölkəni birləşdirən "Yaşıl enerji dəhlizi" layihəsidir. Bu istiqamətdə də Gürcüstan və Azərbaycan Avropa ölkələri ilə sıx əməkdaşlıq edir. Məlum olduğu kimi, ötən ilin dekabrında Buxarestdə "Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş" imzalandı".