Azərbaycan və Gürcüstanın çağırışları da, problemlər də eynidir - ÖZƏL

"Bu gün Azərbaycan-Gürcüstan münasibətlərini yeni prioritetlər üzrə inkişaf edir.  İki dost ölkənin çağırışları da, problemlər də eynidir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Əliabbas Salahzadə bildirib: "Bütün beynəlxalq təşkilatlarda xalqlarımızın bu və digər maraqlarını əks etdirən məsələlərdə bir-birimizi dəstəkləyir və bir-birimizin yanındayıq. Ölkələrin ərazi bütövlüyü beynəlxalq hüququn fundamental prinsipidir və ərazi bütövlüyünün pozulması qəbuledilməzdir. Azərbaycanın bu məsələ ilə bağlı mövqeyi birmənalıdır. Üç il bundan əvvəl İkinci Qarabağ müharibəsinin nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü, ötən ay isə suverenliyini tam bərpa etmişdir. Ermənistanla Azərbaycan arasında imzalanacaq sülh müqaviləsi üzərində fəal çalışmağın vacibliyini önə çəkən cənab İlham Əliyev belə bir hədəfi də açıqladı ki, əgər biz buna nail olsaq, o zaman Cənubi Qafqazda tamamilə yeni bir siyasi vəziyyət yaranacaq. Cənubi Qafqaz ölkələri əməkdaşlığa üçtərəfli formatda başlaya və bir çox sahələr- nəqliyyat, enerji təhlükəsizliyi, ticarət, qarşılıqlı sərmayə qoyuluşu üzrə əməkdaşlıq çox uğurlu ola bilər. Cənubi Qafqazda sülhün bərqərar olmasının vaxtı çatıb".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31