"Ermənistan Qarabağı buna görə uduzdu"

Rus təbliğatçısı və "Rus dünyası"nın ideoloqu Aleksandr Duqin Ermənistan -Azərbaycan münaqişəsində əsas həlledici qüvvənin Rusiya olduğunu qeyd edib.

Olaylar.az Milli.Az-a istinadən xəbər verir ki, o çıxışı zamanı bunları qeyd edib - "İstənilən postsovet dövlətinin ərazi bütövlüyü yalnız Rusiya ilə müsbət və ya neytral münasibətlərlə təmin oluna bilər. Birbaşa düşmən tərəfinə keçmək cəhdi belə bir addım atmağa qərar verən ölkənin ərazi bütövlüyünü təhlükə altına qoyur. Paşinyanın rəhbərliyi altında Ermənistan Rusiyaya meydan oxudu, Bakı isə əksinə, məharətlə və dostcasına davrandı - nəticədə "Dağlıq Qarabağ" ermənidən azərbaycanlı oldu".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31