Ermənilərin Qarabağa qaytarılması məsələsi Qərbi azərbayanlılarla paralel aparılacaq - ÖZƏL

"Rusiyanın xarici işlər nazirinin muavini Mixail Qaluzin Ermənistan Azərbaycan arasında Rusiyanın vasitəçiliyi ilə bağlı bir neçə nüansa toxunub. Əsas diqqət çəkən məsələ M. Qaluzin Ermənistanla Azərbaycan arasında sülh müqviləsində Qarabağdan köçən ermənilərinin hüquqlarının yer aımasının vacibliyini qeyd edib. Həmçinin Qarabağ münaqişəsinin davam etdiyini vurğulayıb". "Olaylar" xəbər verir ki, bunu deyən politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, M. Qaluzin Rusiya Azərbaycana  təkliflər verildiyini vurğulayıb: "Həmçinin Rusiyanın Qarabağda sülhməramlı qüvvələrinə ehtiyac olduğunu və münaqişə başa çatmadığını vurğulayıb. Görünüdyü kimi, Rusiya Qarabağ probleminin davam etməsində və ermənilərin hüquqlarını önə çəkməklə, bir növ Ermənistanla Azərbaycana arasında böhranın davam etməsində maraqlıdır. 

Artıq, Qarabağda erməni yoxdur və silahlı erməni birləşmələri də ləğv edilib. Qarabağda Rusiya sülhməramlı qüvvələri V. Putinin qeyd etdiyi kimi yalnız atəşkəsə nəzarət edirdi. Onların əlavə səlahiyyəti yox idi. Məhz Rusiyanın Azərbaycana Qarabağla bağlı sülh təklifinə bənd salması, rəsmi Bakı tərəfindən rədd ediləcək. Bununla da Rusiyanın vasiyəçiliyinə ehtiyac qalamaycaq. Ermənistan Baş naziri də Rusiyanın vasitəçiliyi də maraqlı deyil. 

Məhz Rusiya ermənilərin hüquqları və Qarabağla bağlı bənd sülh təkilfinə ona görə salıb ki, Ermənistanın razılığını alsın. Amma, N. Paşinyana Qarabağ məsələsi maraqlı olmadığı üçün bu bəndi qəbul etməyəcək. Qarabağ münaqişəsi bitib və ermənilərin Qarabağa geri qayıtmasını heç bir ölkə Azərbaycana diktə edə bilməz. Bu məsələ Qərbi azərbayanlılarla bağlı məsələdə paralel aparılacaq. Artıq,  Rusiyanın vasitəçiliyinə ehtiyac yoxdur. Münaqişə bitib və Azərbaycan öz əazriləri üzərində tam suverenliyini bərpa edib. Rusiyanın bundan sonrakı təkifləri də təklif olaraq qalacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31