Azərbaycanla yanaşı daima Türkiyə olub - ÖZƏL

"İranın Həmas vasitəsilə İsrailə zərbə endirməsi, bunu Azərbaycana mesaj olaraq kimi xarakterizə edilməsi yanlışdır. Ümumiyyətlə, İran İsraili bəhanə edərək,  əslində Türkiyə- Azərbaycan tandemini  təhdid edirdi. Bu birliyə qarşı çıxırdı". "Olaylar" xəbər verir ki, bunu Milli Cəbhə Partiyası sədrinin müavini Məhəmməd Əsədullazadə deyib: "Məhz Tehran rejimi Türkiyənin adını çəkə bilmədiyindən İsraili önə cəkib.  Birinci, İsrailin ölkəmizdə hərbi birliyi yoxdur, amma Türkiyənin qoşunu və hərbi təyyarələrinin olması sirr deyil. İkinci, İranla sərhəddəTehrana mesaj olaraq Araz çayında tampon körpülərlə Azərbaycanla sərhəddə İsrail deyil, Türkiyə hərbi təlim keçirtdi. Azərbaycan ordusunda yüksək vəzifədə İsrail generalı deyil, Türkiyə generalı xidmət edir. Qarabağda quruculuq işlərini, kəndləri İsrail deyil, Türkiyə şirkətləri tərəfindən həyata keçirilir. 

Göründüyü kimi, İran İsraili bəhanə edərək, əsas olaraq  Azərbaycanı təhdid etməsində Türkiyə ilə əməkdaşlıqdan narahatdır. Türkiyə Tehrana mesaj verərək anti-terror əməliyyatında Tehranı neytrallaşdirdi. Məhz Ankara Zəngəzur dəhlizinin bir seqmentini İran ərazisindən keçirir. Qeyd edim ki, Ermənistan və İran hesab etməsinlər ki, İsrail zəifləyib Azərbaycan meydanda tək qalıb.  Azərbaycanın yanında təkcə qardaş və müttəfiqi Türkiyə olub, açıq şəkildə də bunu elan edir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31