Azərbaycan Gürcüstanın etibarlı müttəfiq və tərəfdaşdır - ÖZƏL

"Azərbaycan Gürcüstanın etibarlı müttəfiq və tərəfdaşdır". "Olaylar" xəbər verir ki, bunu millət vəkili, Milli Məclisin Komitə sədri Hicran Hüseynova deyib: "Həyata keçirilən Azərbaycan-Gürcüstan layihələrinin bu gün bir çox ölkələrin enerji və nəqliyyat təhlükəsizliyinə xidmət etdiyini xatırladan Prezident İlham Əliyev gələcək üçün yeni birgə planların olduğunu qeyd etdi - "Əməkdaşlığımızı dərinləşdirmək üçün aydın şəkildə işlənmiş gündəlik var". Bakı-Tbilisi-Qars dəmir yolunun ötürücülük qabiliyyətinin beş dəfədən çox artırılması və yaxın gələcəkdə fəaliyyətə başlaması da təbii ki, Orta Dəhlizin möhkəmlənməsinə xidmət edəcəkdir. Enerji sektorunda ənənəvi sənayelərlə yanaşı, bu gün bizi Yaşıl Enerji Dəhlizi layihəsi birləşdirir. Gürcüstan və Azərbaycan həm ikitərəfli, həm də çoxtərəfli qaydada sıx əməkdaşlıq edir. Yaşıl Enerji Dəhlizinin və enerji kabelinin çəkilməsi həm bizim enerji təhlükəsizliyimizi, həm də tərəfdaş ölkələrin enerji təhlükəsizliyini gücləndirəcək" - deyə Azərbaycan lideri vurğulayıb. "Bir sözlə, bu gün Gürcüstan və Azərbaycanın digər qonşu dövlətlərlə birgə həyata keçirdiyi layihələr təkcə Cənubi Qafqaz regionu üçün deyil, həm də geniş mənada Avrasiya üçün böyük əhəmiyyət kəsb edir", - Beləliklə, Prezident İlham Əliyevin öz çıxışı ilə Ermənistan üçün imkanlar yaradır. Ermənistan bu şansdan istifadə edərək regional inkişaf dairəsinə daxil olmaqla öz xalqına daha yaxşı, firavan və firavan gələcək bəxş edə bilər. Bakı və Tiflisin buna hazırdır, növbə İrəvanındır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31