Prezidentin Gürcüstan səfəri əməkdaşlığın gücləndirilməsinə töhfə vermək məqsədi daşıyır - ÖZƏL

"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin cari ilin oktyabr ayının 8-də Gürcüstana işgüzar səfəri ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə töhfə vermək məqsədi daşıyır".

"OLAYLAR" xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyasının üzvü Günel Əliyeva dövlət başçısının Gürcüstana səfərini şərh edərkən səsləndirib. O bildirib ki, Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin dəvəti əsasında həyata keçirilən səfər çərçivəsində ikitərəfli münasibətlərin gündəliyində duran aktual məsələlər müzakirə edilib:

"İki ölkə arasında münasibətlərdən danışarkən, ilk növbədə qarşılıqlı səfərlərə diqqət yetirmək zəruridir. Qeyd etmək yerinə düşər ki, bu səfər Prezident cənab İlham Əliyevin Gürcüstana sayca 11-ci səfəridir. Bundan əvvəl ötən il oktyabrın 24-də dövlətimizin başçısı Gürcüstanda (Mçxetada) işgüzar səfərdə olub. Eyni zamanda, bu il aprelin 7-də Gürcüstanın Baş naziri İ.Qaribaşvili ölkəmizə (Qəbələyə) işgüzar səfər edib".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31