Milli Məclisin deputatları MDB PA-nıntədbirlərində iştirak edəcəklər

Milli Məclis sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev MDP PA-nın Təhlükəsizlik və yeni çağırışlar və təhdidlərlə mübarizə sahəsində qanunvericiliyin təkmilləşdirilməsi üzrə birgə komissiyanın və Müdafiə və təhlükəsizlik üzrə daimi komissiyanın,  deputatlar Rüfət Quliyev, Malik Həsənov və MixailZabelin qurumun İqtisadiyyat və maliyyə, Nəzarət-büdcə, Aqrar siyasət, təbii ehtiyatlar və ekologiya üzrə daimi komissiyalarının iclaslarında iştirak etmək üçün oktyabrın 11-də Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə səfər edəcəklər. "Olaylar" xəbər verir ki, millət vəkilləri MDB PA-nın təşkilatçılığı ilə keçiriləcək "Dağlıq ərazilərin davamlı inkişafı" adlı beynəlxalq forumun işində iştirak edəcəklər.Deputatlarımız qurumun tədbirlərində qaldırılacaq məsələlərə münasibət bildirəcəklər. Səfər oktyabrın 15-də başa çatacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31