Hakan Fidan Azərbaycana səfər edəcək

Türkiyənin xarici işlər naziri Hakan Fidan sabah Azərbaycana səfər edəcək.

Olaylar.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə XİN məlumat yayıb.

Qeyd olunub ki, Türkiyənin xarici işlər naziri Şuşada keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) Nazirlər Şurasının 27-ci iclasında iştirak edəcək.

Qeyd edək ki, İqtisadi Əməkdaşlıq Təşkilatı Azərbaycan, Əfqanıstan, İran, Qazaxıstan, Qırğızıstan, Pakistan, Tacikistan, Türkmənistan, Türkiyə və Özbəkistanın daxil olduğu regional dövlətlərarası iqtisadi strukturdur. Azərbaycan 1992-ci ildən İƏT-in üzvüdür.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31