Milli Məclisin sədri Sahibə Qafarova Rumıniyaya səfərə gəlib - FOTO
9 Oktyabr 2023 18:30 SiyasətMilli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti oktyabrın 9-da Rumıniyanın paytaxtı Buxarest şəhərinə rəsmi səfərə gəlib.
Olaylar xəbər verir ki, nümayəndə heyətinə Milli Məclisin Rumıniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Azay Quliyev, qrupun üzvləri - parlamentin komitə sədri Musa Quliyev, deputat Aqiyə Naxçıvanlı və digər rəsmi şəxslər daxildirlər.
Buxarestin "Henri Koanda" Beynəlxalq Hava limanında nümayəndə heyətini Rumıniya Parlamenti Deputatlar Palatasının sədr müavini Vasile-Daniel Suşu, Azərbaycanın Rumıniyadakı səfiri Hüseyn Nəcəfov və digər rəsmi şəxslər qarşılayıblar.



Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31