İlham Əliyevin elə bir çıxışı yoxdur ki, 30 illik işğal dövrünün reallıqlarından bəhs edilməsin - ÖZƏL

"Hər bir beynəlxalq əhəmiyyətli tədbir əhatə etdiyi sahə ilə yanaşı, ölkəmizlə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasında əhəmiyyətli rol oynayır. Dövlət başçısı İlham Əliyevin elə bir çıxışı yoxdur ki, 30 illik işğal və postmünaqişə dövrünün reallıqlarından bəhs edilməsin". "Olaylar" xəbər verir ki, bunu deyən YAP Salyan rayon təşkilatının sədri Elmar Əhmədovun sözlərinə görə, bu baxımdan 74-cü Beynəlxalq Astronavtika Konqresi də diqqətçəkən oldu. "Üç il əvvəl biz təxminən 30 il ərzində pozulmuş ərazi bütövlüyümüzü bərpa etdik. Biz təcavüzdən, işğaldan və etnik təmizləmədən əziyyət çəkdik və bu, millətimiz üçün böyük faciə, böyük humanitar fəlakət idi. 1990-cı illərin əvvəlində torpaqlarımız işğal olunanda, bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşdü və o vaxt əhalimizin sayı 8 milyon idi. Bu rəqəm hər hansı ölkə ilə müqayisədə, bəlkə də adambaşına olan ən yüksək qaçqın sayı idi. Həmin vaxt, biz çox yoxsul idik. Biz öz təbii sərvətlərimizin istismarına hələ başlamamışdıq. Açıq dənizə çıxışı olmayan ölkəmizdə hərc-mərclik hökm sürürdü və gələcək üçün perspektivlər o qədər də aydın görünmürdü" söyləyən cənab İlham Əliyev vurğuladı ki, lakin xalqımız güclü siyasi iradəsini nümayiş etdirdi. Azərbaycan uzun illər münaqişənin sülh yolu ilə həllini tapmağa və işğala dinc yolla son qoymağa çalışdı. 28 il ərzində danışıqlar prosesinə qəti surətdə sadiq qaldıq, Lakin əfsuslar ki, biz anladıq: bunu sülh yolu ilə etmək mümkünsüzdür. BMT nizamnaməsinin hər bir ölkəyə verdiyi hüquqdan, özünümüdafiə hüququndan istifadə etdik və üç il əvvəl öz ərazilərimizi azad edərək işğala son qoyduq. Bir aydan da az müddət əvvəl ölkəmizin suverenliyi tam bərpa edildi".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31