Prezidentin Gürcüstan səfəri üç Cənubi Qafqaz dövlətinin gələcəyi baxımından önəm daşıyır - ÖZƏL
9 Oktyabr 2023 12:44 SiyasətHəftə sonu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qonşu Gürcüstana işgüzar səfəri baş tutdu. Səfər zamanı keçirilən yüksəksəviyyəli görüşlər zamanı verilən mühüm açıqlamalar Tbilisi-Bakı münasibətlərinin inkişafının təkcə Azərbaycan və Gürcüstan deyil, ümumən regiona fayda verəcəyi reallığını ortaya qoydu. Elə politoloq Azər Qasımov da bu qənaətdədir. "OLAYLAR" xəbər verir ki, politoloq Azər Qasımov Azərbaycan Prezidentinin Gürcüstana səfərini şərh edərkən deyib ki, Cənubi Qafqaz regionunda baş verən proseslərin sülh və əmin-amanlıqla başa çatması üçün Azərbaycan Prezidenti İlham Əliyevin apardığı siyasət Gürcüstan dövlətinin də bundan yararlanması yolunda vacib addımdır:
"Bu səfərin mahiyyəti də üç Cənubi Qafqaz dövlətinin gələcəyi baxımından önəm daşıyır".
Politoloq deyib ki, Azərbaycanın əldə etdiyi uğurları qonşu ölkələrin də rifahı yolunda istifadə etmək planları bu dövlətlərin inkişafına səbəb olacaq:
"Gürcüstanın Azərbaycan dövlətinin yanında olması və onun təcrübə və uğurlarından yaralanması regional və beynəlxalq layihələrin həyata keçirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır".
