Milli Məclisin deputatları Latviyaya səfər edəcəklər
9 Oktyabr 2023 11:03 SiyasətMilli Məclisin deputatları - Azərbaycan-Latviya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Kamran Bayramov və Məlahət İbrahimzıqı oktyabrın 9-da Latviya Respublikasının paytaxtı Riqa şəhərinə səfər edəcəklər. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar" bildirilib ki, deputatlar səfər çərçivəsində Latviya parlamentində keçiriləcək bir sıra ikitərəfli görüşlərdə iştirak edəcəklər.
Səfər oktyabrın 12-də başa çatacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31