BMT missiyası növbəti dəfə Qarabağda
9 Oktyabr 2023 10:50 SiyasətBMT missiyası növbəti dəfə Qarabağa gəlib. Olaylar.az bildirir ki, missiyanın üzvləri bu gün səhər saatlarında Ağdamdan keçərək, Əsgəran-Xankəndi istiqamətində hərəkət edib. Missiyanın məqsədi yerdə vəziyyətlə tanış olmaq, sakinlərin humanitar ehtiyaclarını müəyyənləşdirməkdir. Missiyanın tərkibinə BMT-nin müxtəlif qurumlarının nümayəndələri daxildir.
Qeyd edək ki, BMT missiyası oktyabrın 1-də də Qarabağa səfər edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31