Prezident İlham Əliyevin Gürcüstana işgüzar səfəri başa çatıb
8 Oktyabr 2023 20:25 SiyasətAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gürcüstana işgüzar səfəri oktyabrın 8-də başa çatıb.
Olaylar.az xəbər verir ki, Azərbaycanın və Gürcüstanın Dövlət bayraqlarının dalğalandığı Tbilisi şəhərinin Şota Rustaveli Beynəlxalq Hava Limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Azərbaycan Prezidentini Gürcüstanın Baş naziri İrakli Qaribaşvili yola saldı.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31