AMİP-dən Avropa Parlamentinə etiraz
7 Oktyabr 2023 13:30 SiyasətAzərbaycan Milli İstiqlal Partiyası Avropa Parlamentinin ötən gün Azərbaycanla bağlı qəbul etdiyi qətnaməylə bağlı sözügedən quruma öz mövqeyini çatdıracaq.
"OLAYLAR" xəbər verir ki, bu barədə məlumatı partiyanın Siyasi Şurasının üzvü, AMİP liderinin köməkçisi Əli Oruclu bildirib. Əli Oruclu deyib:
"Azərbaycan Milli İstiqlal Partiyası Avropa Parlamenti iləsıx əməkdaşlıq edir və partiya qəbul olunmuş bu qətnamə ilə bağlı mövqeyini tərəfdaşlarına rəsmən bildirəcək".
Qeyd edək ki, Avropa Parlamenti oktyabrın 5-də Avropa İttifaqını Qarabağda baş verən hadisələrlə bağlı Azərbaycana qarşı sanksiyalar qoyulmasına, habelə Bakı ilə əməkdaşlığa yenidən baxılmasına və Azərbaycan qazından asılılığın azaldılmasına çağıran qətnamə qəbul edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31