Rusiya və İran Ukrayna coğrafiyasında ABŞ -ın yürütdüyü siyasətin qurbanına çevrilib

"Gürcüstanda ABŞ, Ermənistanda isə Rusiya hakimiyyəti devirməyə çalışır. Artıq hər iki ölkədə bunu açıq şəkildə ifadə etməyə başlayıblar. Bu qədər tələskənlik nədən qaynaqlanır? Çünki  Azərbaycan, Cənubi Qafqazda geosiyasi maraqlar üzərində qurulan bütün strategiyaları məhv etdi və böyük güclərin bölgədə yenidən öz maraqlarını təmin etmək istiqamətində addımlar atmasına zərurət yarandı".
"OLAYLAR" xəbər verir ki, bunu siyasi ekspert Çingiz Şahbazi səsləndirib. O bildirib ki, bunun üzərinə  sabit olmayan  qonşu  İran və Rusiya var:
"Hansı ki, iki ilə yaxındır ki, Ukrayna coğrafiyasında ABŞ -ın yürütdüyü siyasətin qurbanına çevrilib. Göründüyü kimi proseslər sürətlə inkişaf edir və geosiyasi maraqlar bölgədə öz təsir gücünü təmin etmək üçün siyasi baxımdan toqquşmalara belə getməyə hazır görünürlər. Belə bir vəziyyətdə Azərbaycanın 30 illik işğalda qalan torpaqarını azad etməsi və bunun üzərinə antiterror tədbirləri apararaq separatçı rejimin "rəhbərlərini" həbs etməsi və Cənubi Qafqazın taleyini dəyişməsi heç də siyasi baxımdan imperialist qüvvələrin maraqlarına uyğun gələ bilməzdi. Ona görə də Azərbaycanın üzərinə gələnlərin olacağı qaçılmaz görünürdü.  Bu gün ölkəmizə qarşı aparılan qərəzli münasibət və bəyanatlar və Avropa Parlamentində qəbul edilən qətnamə, bizə deməyə əsas verir ki,  bütün bunlar  Cənubi Qafqazda geosiyasi və geoiqtisadi maraqlar üzərindən hazırlanmış çirkin planların darmadağın olunması səbəbindən baş verir.  Burda  "zərərçəkmiş və çarəsiz qalmış"  erməni xalqı faktorundan istifadə olunur. Doğrudur, məhz istifadə olunur. Çünki, bu xalq hər kəsin istifadə etməsi üçün ən məqbul hesab edilən xalqdır. Bu baxımdan indi də ABŞ və Qərbin bəzi dairələri bunlardan istifadə etməyə qərar verib".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31