Beynəlxalq ictimaiyyət Ermənistanı mina xəritələrini verməyə məcbur etməlidir
6 Oktyabr 2023 20:59 SiyasətErmənistanın yerləşdirdiyi minalar azərbaycanlıların həyatına son qoymaqda davam edir.
Olaylar.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi "X" (tvitter) sosial şəbəkə hesabında paylaşım edib.
Bildirilib ki, bu gün Tərtərdə mina partlaması nəticəsində daha bir azərbaycanlı mülki şəxs həlak olub.
"44 günlük müharibənin bitməsindən sonra mina qurbanlarının sayı 330-a çatıb. Beynəlxalq ictimaiyyət Ermənistanı mina xəritələrini verməyə məcbur etməlidir", - deyə qeyd olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31