Milli Məclisdə ödənişli ata məzuniyyətinin tətbiq edilməsi təklif edilib

Milli Məclisdə ödənişli ata məzuniyyətinin tətbiq edilməsi təklif edilib. Bu təkliflə deputat Hicran Hüseynova Milli Məclisin iclasında bildirib. "14 gün ödənişsiz ata məzuniyyəti verilir. Ödənişsiz olaraq məzuniyyətin verilməsi isə müsbət qarşılanmır. Çünki ödənişsiz məzuniyyət ailə üçün əlavə maliyyə yaradır. Amma araşdırmalar göstərir ki, atalıq məzuniyyətinin verilməsi ailəyə müsbət təsir edir. Ona görə də ödənişli atalıq məzuniyyətinin verilməsini təmin etmək lazımdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31