Ədalətsizliyin və vicdansızlığın rəmzi sayıla biləcək bir sənəd - ÖZƏL

"Avroparlamentarilərin qətnaməsi ədalətsizliyin və vicdansızlığın rəmzi sayıla biləcək bir sənəddir".

"OLAYLAR" xəbər verir ki, bu fikirləri Azərbaycan Həmrəylik Komitəsinin sədri Əlisahib Hüseynov səsləndirib. O bildirib ki, ancaq eyni zamanda sözügedən qətnamə heç bir hüquqi qüvvəsi olmayan bir kağız parçasıdır:

"Sadəcə kağız parçası. Biz bu qətnaməyə məhz belə yanaşırıq. Və təbii ki, müasir "səlibçilik" ruhunda tərtib olunmuş bu cür anti-Azərbaycan səpkili qətnamələr rəsmi Bakının siyasi iradəsinə əsla təsir göstərə bilməz".

Komitə sədri deyib ki, Azərbaycan ermənipərəst avroparlamentarilərin qərəzli çağırışları və təkliflərinə görə geri çəkilən, öz haqq yolundan dönən deyil.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31