Bu gün İrəvanda sülhməramlıların Qarabağdan çıxma tarixi müzakirə ediləcək - KİV

Olaylar.az "qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə məlumatı diplomatik mənbəyə istinadən TASS yayıb. 

Bildirilir ki, görüşdə rusiyalı sülhməramlı kontingentin Qarabağdan çıxarılma tarixi müzakirə ediləcək.

Qeyd edək ki, 2020-ci il noyabrın 9-da atəşkəs barədə Azərbaycan, Ermənistan və Rusiya liderlərinin birgə bəyanatına əsasən, Rusiya Federasiyasının sülhməramlı kontingenti Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilib. Rusiya sülhməramlı kontingentinin qalma müddəti 5 ildir. Müddətin bitməsinə 6 ay qalmış hazırkı müddəanın tətbiqinə xitam verilməsi niyyəti ilə bağlı tərəflərdən hər hansı biri çıxış etməzsə, müddət avtomatik olaraq növbəti 5 ilə uzadılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31