Azərbaycan Ermənistan və dəstəkçilərinin problemlərini dinləyə və onlara məsləhətlər verə bilər - ÖZƏL

"Qranada görüşündən imtina edilməsi gozləntilərin əksinə olaraq Azərbaycanın siyasi gedişlərinin daha dərin və gələcəyə yönəlik olduğunu sübut etdi".

"OLAYLAR" xəbər verir ki, bu fikirləri politoloq Azər Qasımov səsləndirib. Onun sözlərinə görə, Azərbaycan öncə bu görüşə razılıq verməklə isbat etmişdi ki, heç bir platforma və tərkibdə görüşdən çəkinmir:

"Əks cəbhənin az qala hamısının toplandığı görüşə tək getməyi düşünürdü. Bu, Azərbaycan dövlətinin özünə inamının nəticəsi idi. Amma Fransa, Almaniya və Avropa İttifaqı rəhbərinin qeyri-konstruktiv açıqlamaları, Azərbaycan əleyhinə çıxışları Azərbaycan Prezidentinin bu görüşdən imtina etməsinə səbəb oldu". 

Azər Qasımov hesab edir ki, əslində görüşlərin indiki məqamda Azərbaycan üçün heç bir əhəmiyyəti yoxdur:

"Azərbaycan öz problemlərini özü həll edib. Problemi olan isə Ermənistan və onun dəstəkçilərinindir. Elə onlar da görüşdə iştirak etdilər və öz problemlərini müzakirə etdilər. Bunun Azərbaycana dəxli yoxdur". 

Politoloqun qənaətincə, bundan sonra Azərbaycan əgər məsləhət bilərsə, hardasa görüş keçirib, Ermənistan və dəstəkçilərinin problemlərini dinləyə və onlara məsləhətlər verə bilər: 

"Hesab etmirəm ki, Azərbaycan bu görüşə getsə idi, onun üçün hansısa mənfi tendensiyalar ola bilərdi. Bunun üçün əsas yox idi. Əgər söhbət nəticə etibarı ilə Azərbaycan-Ermənistan qarşıdurmasıdırsa, burda kimsənin dəstəyi həlledici ola bilməz".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31