Azərbaycanı ittiham edən xarici qüvvələrin niyyəti iflasa məhkumdur - ÖZƏL

"Qazanılan zəfər Prezidentimizin dəmir iradəsinin, qətiyyətinin və milli maraqlarımızı dönmədən qorumasının, eləcə də şanlı ordumuzun gücünün parlaq ifadəsidir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib: "Hazırda Qarabağ ərazisində dövlətimiz tərəfindən nizam-intizam yaradılır, müvafiq qurumların əməkdaşları aidiyyatı üzrə öz vəzifələrini yerinə yetirirlər. Bəzi beynəlxalq təşkilatlar və ölkələr bu məsələdə Azərbaycana qarşı qarayaxma kampaniyası apararaq "etnik təmizləmə"də ittiham etməyə çalışır. Amma dövlətimiz öz qanuni addımları ilə həmin iddiaları ifşa edir. Digər tərəfdən, Azərbaycanın razılığı ilə BMT missiyası bölgədə monitorinq aparıb. Missiyanın yaydığı məlumatda etnik təmizləmənin olmadığı, hökumətimizin Qarabağda səhiyyə və digər sahələrdə fəaliyyətə başladığı, heç bir mülki infrastrukura zərər dəymədiyi və s. bildirilir. Missiyanın bu məlumatı Azərbaycanı ittiham edən xarici qüvvələrin niyyətini iflasa uğratdı".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31