Milli Məclis bəyənat qəbul etdi
6 Oktyabr 2023 12:17 SiyasətMilli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsinə cavab bəyanatı qəbul edib. Bəyanatın mətnini deputat Tural Gəncəliyev oxuyub. Olaylar-ın məlumatına görə, Bəyanatda bildirilir ki, Milli Məclis 2023-cü il oktyabrın 5-də Avropa Parlamentinin qərəzli qətnamə qəbul etməsinə qəti etirazını bildirir: "Xatırladırıq ki, Azərbaycanın Avropa Parlamenti qarşısında heç bir öhdəliyi yoxdur. Yaxşı olar ki, Avropa Parlamenti daha köklü problemləri ilə məşğul olsun. Qəbul edilən qətnamə islsmafob deputatların təşəbbüsü əsasında hazırlanıb. Beynəlxalq səviyyədə tanınmış Azərbaycan ərazisinin 20 %-nin 30 ildən çoxdur işğal altında olmasına etinasızlıq göstərən Avropa Parlamentinin qondarma qurumun müdafiəsinə yönələn belə qətnaməni qəbul etməsi separatizmə dəstək verməkdir. Fransa regionda sülhün əldə olmasına başlıca maneəyə çevrilib. Fransanın Azərbaycanın Qarabağ bölgəsində erməni separatizmini dəstəkləməsi müstəmləkəçilik siyasətinin təzahürüdür. Qondarma "Dağlıq Qarabağ Respublikası" özünü buraxdıqdan sonra Avropa Parlamentinin onu dəstəkləməsi siyasi riyakarlıqdan xəbər verir".