Xocalıda küçələrdən birinə şəhid Natiq Qasımovun adı verilsin - Təklif
6 Oktyabr 2023 11:58 SiyasətMilli Məclisin bu gün keçirilən iclasında Xocalıda küçələrindən birinə şəhid Natiq Qasımovun adının verilməsi təklif edilib. Olaylar xəbər verir ki, bu təkliflə deputat Sahib Alıyev çıxış edib. Deputat əminliklə bildirib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə şəhid Natiq Qasımovla bağlı dəqiq məlumat verilsə, o haqq etdiyini alacaq: "Hətta Xocalıda bir küçəyə onun adı verilə bilər. Mən 6 il əvvəl onun ailəsi ilə görüşmüşəm".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31