Bu qətnamə Erməstanı sakitləşdirmək üçün atılan addımdır- Vitse-spiker

"Biz bu boz üzləri, nimdaş sifətləri son 30 ildə çox görmüşük. Lakin biz öz işimizlə məşğul olub qələbımizi təmin etmişik". Olaylar xəbər verir ki, bunu Milli Məclis sədrinin müavini Fəzail İbrahimli parlamentin iclasında çıxışı zamanı deyib. Bildirib ki, bu qətnamənin qəbulu Erməstanı sakitləşdirmək üçün atılan addımdır, Azərbaycana heç bir təsiri ola bilməz:

Amma bu qətnamənin qəbulunda Ermənistanın yanında yer alan qüvvələrin istəyi var. Ermənistana şərt qoyulur ki, Moskva ilə hərbi müttəfiqlikdən, KTMK-dan imtina etsə, Brüssel ona  dəstək verə bilər. Hansı ki, Ermənistanda Avropanın hərbi bazası yoxdur, bunu necə edə bilər. Belə yerdə deyirlər "ağsaqqala gülüm olanın başına külüm olar".

Vitse-spiker əlavə edib ki, bu qətnamənin heç bir hüquqi ısası yoxdur: "Xalqımızın dəstəyi, Prezidentimizin siyasi iradəsi var. Belə halda "dəyirman çak-çuk edəcək, başağrısı özünə qalacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31