Heç bir qətnamə Azərbaycana təsir edə bilməz - Deputat
6 Oktyabr 2023 11:33 SiyasətAzərbaycanın etnik təmizləmədə ittiham edilməsi ikili standartın ən bariz nümunəsidir. Olaylar xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Avropa Parlamentinin 2023-cü il 5 oktyabr tarixli qətnaməsi ilə əlaqədar müzakirə zamanı parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib. Bildirib ki, Fransa açıq aşkar erməni təcavüzkarların yanında yer alıb: "Bu, Avropa parlamentində qəbul edilən ilk sənəd deyil. Hər dəfə Fransa başda olmaqla müstəmələkəçi siyasət iflasa uğrayanda belə qətnamə qəbul edilir. Bu qətnamənin qəbul edilməsi onların iç üçünü tam açmış olur. Fransa və onun dəstəkləyən dövlətlər Azərbaycanın qələbəsini şübhə altına alması, öz qüvvələrini bölgədə yerləşdirmək niyyəti güdür. Lakin heş kim Azərbaycanın müstəqilliyini şübhə altına ala bilməz. Bu gücsüzlük, qorxaqlıq qətnaməsi, islamafobiya qətnaməsinir. Biz bu qətnamənin üzərindən xətt çəkəcəyik. Xalqımızın iradəsii dəyişmzdir. Heç bir qətnamə Azərbaycana təsir edə bilməz. Bu qətnamədə o birilər kimi tarixin zibilliyimnə qtılacaq, Azərbaycan öz yolu ilə gedəcək".