Sözügedən qətnamə təkcə Avropa Parlamenti deyil, ümumAvropa üçün rəzillikdir - ÖZƏL

Avropa Parlamenti Avtopa İttifaqının Azərbaycana qarşı sanksiyalarını tələb edən qətnamə qəbul edib. Qətnamə 46 deputatın əleyhinə, 16 deputatın isə bitərəf qalması ilə 473 səslə qəbul edilib.

"OLAYLAR"-ın xəbərinə görə, məsələ ilə bağlı fikirlərini bildirən "Milli İnkişaf" ictimai birliyinin sədri Arzuman Muradlı deyib ki, Avropa Parlamentinin məlum qətnaməsi sözügedən siyasi təsisatın erməni lobbisinin təsir dairəsində olduğunu söyləməyə əsas verir:

"Heç bir məntiq və beynəlxalq hüquq baxımından əsası olmayan bu kimi qərar və qətnamələr bir qayda olaraq siyasilərin, AP deputatlarının pulla ələ alınması müqabilində qəbul edilir. Şübhə etmirəm ki, bu məsələdə də erməni lobbisi və onun maliyyəsi güclü rol oynayıb".

Arzuman Muradlı deyib ki, AP bununla bir daha öz nüfuzuna zərbə vurmuş oldu və öz fəaliyyət istiqamətləri, prinsiplərini bir kənara qoyaraq lobbi maraqlarına xidmət etdiyini təsdiqlədi:

"Sözügedən qətnamə təkcə AP deyil, ümumAvropa üçün rəzillikdir, rüsvayçılıqdır".

Arzuman Muradlı onu da diqqətə çatdırıb ki, istənilən halda AP-nin qətnamə Avropa İttifaqı tərəfindən ciddiyə alınmayacaq və onun Aİ-də təsdiqlənməsi qeyri-mümkündür:

"Çünki Rusiya-Ukrayna müharibəsi fonunda birinciyə qarşı sanki müharibə elan edib özünü rus qazından məhrum qoyan Avropa ikinci bir yalnış addım atıb uçuruma doğru getməz. Çünki hazırda Avropa Azərbaycanın enerji ehtiyatlarına möhtacdır. Bu səbəbdən AP-nin qətnaməsi elə onun qəbul edildiyi binanın divarlarından o yana keçə bilməyəcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31