Türkiyəyə qarşı düşmənçilik siyasəti davam etdirilir - ÖZƏL
6 Oktyabr 2023 08:22 Siyasət"Ümumən Qərb dünyasının və Rusiyanın Qarabağ məsələsində həmişə eyni mövqedən çıxış etməsi gizli fakt deyil. Ermənistanın havadarlarının dəstəyi ilə işğal etdiyi Azərbaycan torpaqlarının az qala 30 il müddətinə işğalda saxlanmasında Qərbin və Rusiyanın hakim olduğu Minsk Qrupunun (ABŞ, Rusiya, Fransa) müstəsna xidməti var idi. Əlbəttə ki, İran da Azərbaycan torpaqlarının işğal olunmasında və işğalda saxlanmasında bir başa iştirakçıdır". Olaylar xəbər verir ki, bunu deyən hüquqşünas Vüqar Dadaşovun sözlərinə görə, Azərbaycan torpaqlarının işğaldan azad edilməsinə dair Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik (TŞ-nın) məlum Qətnamələrinin icrasını mümkünsüz edən keçmiş Minsk qrupu, Azərbaycanın Ermənistan və onun havadarları üzərində möhtəşəm qələbə qazanaraq torpaqlarını azad etməsinindən sonra da deformasiya edərək müxtəlif formalarda Azərbaycana və Türkiyə qarşı düşmənçilik siyasətini davam etdirir:
"Azərbaycanın oktyabrın 5-də Qranadada gözlənilən beş tərəfli ( Almaniya, Fransa, Aİ, Ermənistan, Azərbaycan) görüşdən imtina etməsi əlbəttə ki, Azərbaycana qarşı koordinasiyalı gözlənilən təzyiqlərin mümkünlüyüdür. Azərbaycan tərəfinin rəsmi açıqlamasına görə Azərbaycan prezidenti İlham Əliyevin Qranada görüşündən imtina etməsinin səbəbi Fransa və Almaniyanın Türkiyənin masada iştirakına qarşı çıxmasıdır. Azərbaycanın Qranada görüşündən imtina etməsi xəbərindən dərhal sonra Almaniya Kansleri Olaf Şolts oktyabrın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edərək, region ölkələrinin ərazi bütövlüyünə və suverenliyinə Almaniyanın dəstəyini və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin rəhbərliyi ilə aparılan Ermənistan Azərbaycan arasında sülhün əldə edilməsi üçün Brüssel platformasını dəstəklədiyini bildirib. Əlbəttə ki, cənab Şolts Azərbaycana qarşı heç bir sövdələşmənin olmadığını gizlətməyə çalışsa da, fakt odur ki, əgər Azərbaycanın təxmin etdiyi sövdələşmə yox idisə Türkiyənin görüşdə iştirakının əleyhinə çıxmağın məqsədi var idi".