Qarabağda vəziyyətə Azərbaycan özü nəzarət edir - ÖZƏL

"Rusiya sülhməramlıları xəbər yayıb ki, Əsgəran, Ağdərə və Şuşa istiqamətindəki müşahidə postlarını ləğv ediblər. Səbəb də o olub ki, artıq o postlara gərək qalmayıb". Olaylar xəbər verir ki, bunu deyən siyasi şərhçi Azər Həsrət qeyd edib ki, artıq​ Azərbaycan özü vəziyyətə nəzarət edir: "Yeri gəlmişkən, digər postlar da ləğv ediləcək. Demişdik axı, Rusiya sülhməramlıları yol üstündədir...

Fransa Prezidenti Emmanuel Makron Reuters-ə açıqlamasında deyib ki, Azərbaycana qarşı sanksiya tətbiq etmək əks effekt verə bilər. Ona görə də Avropa Birliyi bu addıma gedə bilməcəyək. Yəni adam əməlli-başlı erməni bacılarını dolayıb...

Üçüncüsü də odur ki, Azərbaycan Prezidenti İlham Əliyevin iştirakdan imtina etdiyi Granada görüşündə Ermənistan Baş naziri Nikol Paşinyan AB Şurasının Prezidenti Şarl Mişel, Almaniya Kansleri Olaf Şolts və Fransa Prezidenti Emmanuel Makronla görüşün ardından tək tərəfli bəyanat verib ki, ölkəsi Azərbaycanın 86,6 min kv km-lik ərazisini qeyd-şərtsiz tanıyır. Yəni Qarabağ da bura daxil olmaqla. Necə deyirdilər? Yumşalısan, yumşalı..."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31