Qarabağdakı separatizmin axır günlərini yaşadığını Rusiya rəhbərliyi də qəbul edib - ÖZƏL
14 Sentyabr 2023 12:29 Siyasət"Ermənistan Baş naziri "Politco" nəşrinə müsahibəsində Qarabağ daxil olmaqla Azərbaycanın 86.6 min kvadrat kilometr ərazisini tanıdığını vurğulayıb. Qeyd edim ki, N.Paşinyan ötən həftə guya Azərbaycanın sərhəddə ordu yığdığına görə dövlət başçılarına Azərbaycandan şikayət zəngi də müsbət nəticə vermədi. Hətta Fransanın Ermənistana siyasi dəstəyi proseslərə təsir etmədi. Amma, Ermənistan çalışırdi ki, Qərbin siyasi dəstəyini alaraq Azərbaycana qarşı hərbi əməliyyatlar keçirsin". "Olaylar" xəbər verir ki, bunu Milli Cəbhə Partiyası sədrinin müavini Məhəmməd Əsədullazadə deyib. Bildirib ki, Azərbaycan prezidenti İlham Əliyevin apardığı bu istiqamətdə siyasət müsbət istiqamətdə davam edir: "N. Paşinyanın Azərbaycanın Qarabağ daxil olmaqla ərazi bütövlüyünü tanımasını elan etməsi, geri çəkildiyinin göstərir. Həmçinin Qarabağdakı separatçılara təklif göndərib ki, Azərbaycanla anlaşın. Göründüyü kimi, Ermənistan reallıqları qəbul etmək məcburiyyətindədir. Ermənistana Qərbdən dəstək verilmədi. Əlbəttə ki, bu, Azərbaycanın diplomatik qələbəsidir. Artıq İranda Ermənistanın apardığı siyaətdən narazılığını siyasi leksikona gətirib. Artıq Ermənistan rəhbərliyinə Türkiyə və Azərbaycan tərəfindən ciddi təzyiqlər, Qərbdən dəstəyin verilməməsi N. Paşinyanın geri çəkilməsi ilə nəticələndi. Azərbaycan bu ilin sonuna silahlı erməni birləşmələrinin ləğvini də həyata keçirəcək. Qarabağdakı separatizmin axır günlərini yaşadığını Rusiya rəhbərliyi də qəbul edib".