Milli birlik Zəfərimizi şərtləndirən mühüm amillər sırasındadır - ÖZƏL

"Ümummilli Lider Heydər Əliyev Azərbaycan dilinin, tarixinin, ədəbiyyat və mədəniyyətinin azərbaycançılıq məfkurəsi ilə dərkinin əsaslarını formalaşdırıb". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Jalə Əliyeva deyib: "Onun "Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam" çağırışı harada yaşamasından asılı olmayaraq dünya azərbaycanlılarını vahid amal uğrunda birləşdirdi. Bu gün böyük inamla qeyd edirik ki, Ulu Öndər Heydər Əliyevin ideyalarını uğurla gerçəkləşdirən Prezident İlham Əliyev diaspor quruculuğuna mühüm məsələlərdən biri kimi yanaşır. Bu birlik, həmrəylik 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizi şərtləndirən mühüm amillər sırasındadır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31