İntibah və milli şüurun oyanışı Ulu Öndərin hakimiyyətə gəlişi ilə başladı - ÖZƏL

"Heydər  Əliyevin adı Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan öndər kimi əbədi qalacaq". "Olaylar" xəbər verir ki, bunu YAP Xocavənd rayon təşkilatının sədri Vüsal Hüseynov deyib: "Azərbaycan xalqının müqəddəratının həll edildiyi ağır günlərdə Heydər Əliyev ölkə rəhbərliyinə qayıdaraq Azərbaycanı məhv olmaqdan xilas etmək kimi çox çətin və şərəfli bir missiyanı öz üzərinə götürdü. İntibah və milli şüurun oyanışı Ulu Öndərin hakimiyyətə gəlişi ilə başladı, müstəqilliyimiz məhz onun sayəsində əbədi və dönməz xarakter aldı".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31