Türkiyəli nazir elan etdi: Zəngəzur dəhlizi açılır

Türkiyənin nəqliyyat və infrastruktur naziri Əbdülkadir Uraloğlu bildirib ki, Türkiyə yaxın aylarda Zəngəzur dəhlizinin açılışına başlayacaq.

Olaylar.az sfera.az-a istinadən  xəbər verir ki, o, Azərbaycan tərəfinin bu istiqamətdə fəaliyyətini davam etdirdiyini qeyd edib.

"Zəngəzur dəhlizi məsələsində biz müəyyən yol keçmişik və inanıram ki, Azərbaycan, Türkiyə və Ermənistan bunu qısa zamanda həyata keçirəcək", - türkiyəli nazir bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31