İstanbul Türkiyə-Azərbaycan Dayanışma və Kültür Dərnəyinin nümayəndə heyəti Azərbaycanda səfərdədir - FOTO
13 Sentyabr 2023 19:03 SiyasətOlaylara.a xəbər verir ki, bu barədə "Birlik" jurnalının baş redaktoru, şair, Azərbaycan Yazıçılar Birliyinin və Ulduz jurnalının redaksiya heyətinin üzvü İlqar İlkin öz "Facebook" hesabında paylaşım edib.
O qeyd edib ki:
"Səfər Karakoyunlunun rəhbərliyi ilə ölkəmizdə səfərdə olan İstanbul Türkiyə-Azərbaycan Dayanışma və Kültür Dərnəyinin nümayəndə heyəti Atxem Ictimai Birlik qonağımızdır. Xoş gəlib, səfa gətiriblər.
Xatırladım ki, hər il Qafqaz İslam Ordusunun Azərbaycanda keçdiyi tarixi zəfər yolunun izilə ölkəmizə geniştərkibli səfərə gələn İSTAD üzvləri bu il Quba, Salyan və Şuşa şəhərində olacaq, 14 sentyabrda ATXƏM-in təşkil etdiyi tədbirdə iştirak edəcəklər. Sabah qonaqlar Quba şəhərində soyqırım muzeyini ziyarət edəcəklər."



Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31