İstanbul Türkiyə-Azərbaycan Dayanışma və Kültür Dərnəyinin üzvləri Quba Soyqırım Memorial Kompleksini ziyarət ediblər - FOTO

Olaylar.az xəbər verir ki, bu gün Azərbaycanda səfərdə olan İstanbul Türkiyə-Azərbaycan Dayanışma və Kültür Dərnəyinin üzləri Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) dəstəyilə Quba Soyqırım Memorial Kompleksini ziyarət ediblər.

Qonaqlara XX əsrin ən dəhşətli soyqırımlarından olan və bolşevik-erməni quldurları tərəfindən törədilən Quba soyqırımı haqqında məlumat verilmişdir.

Bildirilmişdi ki, 1918-ci ilin aprel-may aylarında yalnız Quba qəzasında 167 kənd tamamilə məhv edilmiş, bu bölgədə olan etnik azərbaycanlılar, ləzgilər, tatlar və yəhudilər kütləvi şəkildə qətlə yetirilmişdir.

Lakin 1918-ci ilin qırğınları Quba ilə yanaşı, Bakı, Şamaxı, Göyçay, Salyan, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran, Gəncə və digər bölgələrdə də kütləvi qətliamlar törədib, mindən artıq kənd yandırılıb və yerlə yeksan edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31