Ermənistan təxribat niyyətlərindən hələ də əl çəkməyib- ÖZƏL

"Bu gün Azərbaycan Ordusunun sentyabr qələbəsindən bir il ötür. Erməni təxribatlarına cavab olaraq Ordumuz bu  əməliyyatla yalnız Azərbaycanın sərhəd rayonlarını yox, bütövlükdə Cənubi Qafqazdakı sülh və əməkdaşlıq perspektivini sonrakı uzun bir neçə illik dövr üzrə daha böyük təhdidlərdən xilas etdi". "OLAYLAR" xəbər verir ki, bu fikirləri səsləndirən Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib ki, Azərbaycan əsgəri əks həmlə ilə düşmənin şərti sərhədboyu qurduğu bütün hərbi təyinatlı obyektləri darmadağın edərək İrəvanın nəinki yenidən hücum, ümumilikdə müdafiə qabiliyyətini iflic etdi:
"Möhtərəm Prezidentin ötən il, Zəfər Günü Şuşadan bəyan etdiyi kimi, "13-14 sentyabr əməliyyatından sonra Azərbaycan-Ermənistan sərhədi istiqamətində əsas strateji yüksəkliklərdə Azərbaycan Silahlı Qüvvələri yerləşib. Ermənistan gözəl anlamalıdır bu, nə deməkdir".
Deputat daha sonra bunları qeyd edib:

"Düzdür, bu gün Ermənistan təxribat niyyətlərindən hələ də əl çəkməyib və havadarları hesabına bölgədə güc balansını bərpa etməyə və revanş arzusunu reallaşdırmağa çalışır. Lakin İrəvan unutmamalıdır ki, heç bir səy və yardımın faydası yoxdur və bölgədə əməliyyat şəraitinə nəzarət edən Azərbaycan Ermənistanın yenidən bu ərazilərdə möhkəmlənməsinə imkan verməyəcək.  Elə sentyabr hadisələri həm də bütün dünyaya əməli olaraq göstərdi ki, cənab İlham Əliyevin bəyan etdiyi kimi, "heç bir zəng, heç bir havadar, heç bir bəyanat  Azərbaycanı dayandıra bilməz və heç kim bizim iradəmizə təsir göstərə bilməz".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31