Rusiya Ermənistanla ehtiyatlı davranır- ÖZƏL

"Yolları bağlayan da, açan da Rusiyadır. Qarabağ münaqişəsini alovlandıran da, sülh danışıqları prosesinə mane olan da Rusiyadır". "OLAYLAR" xəbər verir ki, bu fikirləri siyasi ekspert Çingiz Şahbazi səsləndirib. Onun sözlərinə görə, sülhməramlı adı altında Qarabağı ələ keçirən və orda Rusiya posportu paylayan, parad keçirən, Rusiyanın görkəmli səxsiyyətləri parkı açan, erməni əsilli qız uşağı və "xilaskar rus əsgər" heykəli ucaldan, separatçı rejim quran və onları silahlandıran da Rusiyadır:
"Bu siyahını uzatmaq olar. Xocalı soyqırımı, 20-Yanvar hadisələri və sairə. Konkret olaraq Rusiyanın siyasətində bizə qarşı xüsusi amansızlıq və zülüm bütün dönəmlərdə əksik olmayıb".
Ekspert deyib ki, Ermənistanın keçmiş bütün hökumətləri və erməni xalqı bütünlükdə, Rusiyadan ən çox istifadə edən xalqlardan biridirlər:
"24 saata Rusiyaya qarşı çıxdılar və Rusiya onlara qarşı bizdən fərqli olaraq ehtiyatlı davranır. Bunu görməmək mümkün deyil".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31