Nifrətin qızışdırılmasından narahatıq - Ceyhun Bayramov

Azərbaycan insan hüquqlarının fundamental prinsiplərinin qorunmasına tam sadiqdir.

Olaylar.az  xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT İnsan Hüquqları Şurasının 54-cü sessiyasının 5-ci iclasında deyib.

Nazir qeyd edib ki, insan hüquqlarının tam şəkildə həyata keçirilməsi davamlı sülh, inkişaf və bütün insanların rifahı üçün vacibdir:

"Dözümsüzlük və ayrı-seçkiliyin artması tendensiyası, islamofobiya və nifrətin qızışdırılmasının qorxulu təzahüründən narahatıq. Ayrı-seçkiliyin qarşısının alınması insanların hüquqlarının müdafiəsinin təmin edilməsində olduqca əhəmiyyətlidir".

Xatırladaq ki, 11 sentyabr 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İsveçrə Konfederasiyasının Cenevrə şəhərinə işgüzar səfərə yola düşüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31