Heç bir ölkənin qanunvericiliyi qeydiyyata alınmayan partiyaların fəaliyyətinə icazə vermir - ÖZƏL

Bu günlərdə Ədliyyə Nazirliyi tərəfindən təkrar qeydiyyata alınan Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP), Müsavat Partiyası və ReAL Partiyası Tural Sadıqlının hədəfinə tuş gəliblər. Səbəb də məhz onların qeydiyyata alınmalarıdır.

"OLAYLAR"-ın xəbərinə görə, məsələ ilə bağlı fikirlərini bildirən Azərbaycan Həmrəylik Komitəsinin sədri Əlisahib Hüseynov deyib ki, heç bir ölkənin qanunvericiliyi qeydiyyata alınmayan partiyaların fəaliyyətinə icazə vermir:

"Bu bir aksiomadır və Tural Sadıqlıdan fərqli olaraq məlum partiyaların rəhbərləri bu cür elementar həqiqəti yaxşı dərk etdiklərinə görə, "Siyasi partiyalar haqqında" yeni qanunun tələblərinə müvafiq olaraq üzvlərinin reyestr məlumatlarını toplayıb Ədliyyə Nazirliyinə təqdim ediblər. Onlar bundan əvvəl də qeydiyyatdan keçmiş partiyalar kimi fəaliyyət göstərirdilər".

Komitə sədri hesab edir ki, bu mənada, yeni qanunun qəbulundan əvvəl bu partiyaların həqiqi müxalifətçiliyinə şübhə etməyən kəslər, indi də onların müxalifətçiliyinə şübhə ilə yanaşmamalıdırlar:

"Çünki bu partiyaların nə şüarları, nə hədəfləri, nə siyasi mübarizə metodları, nədəki liderləri dəyişməyib".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31