Rusiyanın yeni oyunçuları Azərbaycan üçün baş ağrısına çevriləcək - ÖZƏL

Ermənistanda daxili siyasi vəziyyət hər ötən gün daha da gərgin xarakter alır. Ölkə ictimaiyyətinin Qərb və Rusiyapərəsətlər arasında bölünməsi tezliklə Ermənistanda hakimiyyət dəyişikliyinin baş verəcəyi ehtimallarını artırıb.

"OLAYLAR"-ın xəbərinə görə, Ermənistanda baş verənlərə diqqət çəkən siyasi ekspert Çingiz Şahbazi deyib ki, əslində Paşinyanın hakimiyyətdən getməsi Azərbaycan üçün də  o qədər  yaxşı əlamət sayıla bilməz. Çünki, o artıq sonu məlum olmayan Rusiyanın çirkin planlarına və siyasətinə xalqının və ölkəsinin gələcəyini qurban vermək istəmir:

"Məhz bu səbəbdən Azərbaycanın yarım qalan problemlərini də bununla həll etməyə çalışmaq lazımdır. Əks təqdirdə Rusiyanın yeni oyunçuları bizə gələcəkdə sözün əsl mənasında baş ağrısına çevriləcəklər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31