Azərbaycan öz torpaqları üzərində suverenliyini tam təmin etmək əzmindədir - ÖZƏL

"Dövlətimiz və xalqımız, ilk növbədə də həmişə böyük minnətdarlıqla anacağımız şəhidlərimiz düz bir il öncə haylara da, onlardan geosiyasi alət kim faydalanmağa çalışanlara da göstərdi ki, regionu 44 günlük savaşa qədərki reallığa qaytarmaq mümkünsüzdür. Azərbaycan öz torpaqları üzərində suverenliyini tam təmin etmək əzmindədir və bu yolda kimsə onun qarşısnı kəsə bilməz!" "Olaylar" xəbər verir ki, bunu millət vəkili Sahib Alıyev deyib: " Şəhidlərimizin müqəddəs ruhları qarşısında baş əyir, qazilərimizə sayğımı bildirir, mərd igidlər yetişdirən bir xalqın təmsilçisi olmağımla fəxr edirəm! Cənab Ali Baş Komandan, təkcə hayları deyil, Azərbaycanın zəfərinə xor baxan, regionda sülh istəməyən bütün yırtıcı gücləri yerlərində oturtmaq cox ehtimal ki, bizim təsəvvür etdiyimizdən də qat-qat çətindir. Onların məkrli planlarını pozmaq, təzyiqlərinə, təhdidlərinə ləyaqətlə sinə gərmək, bunun nə qədər ağır yük olduğunu cəmiyyətə yansıtmadan səbrlə, amma dayanmadan hədəfə doğru irəliləmək hər adamı demirəm, heç də hər liderin işi deyil. Tanrı Sizi qorusun!"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31