Bu ilin axırına kimi Azərbaycan erməni separatizminə son verəcək - ÖZƏL
13 Sentyabr 2023 11:19 Siyasət"Rusiya Qarabağla bağlı Azərbaycanın gündəliyini qəbul etmək məcburiyyətində qaldı.Ağdam -Xankəndi yolu açıldı. Rusiya tərəfi də qeyd edir ki, Qarabağın statusu olmayacaq. Ermənistan Baş naziri Nikol Paşinyan Qarabağ daxil Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Rusiya 2025-ci ildə Qarabağdan getməli olacaq. Bunun hazırlığıdir ki, bəyanatlar verir. Amma, arxayın olmamalıyıq və Xankəndi və ətrafında de-yure nəzarəti bərpa etməliyik". Milli Cəbhə Partiyası sədrinin müavini Məhəmməd Əsədullazadə "Olaylar"a bildirib ki, Rusiya tərəfi anlayır ki, Azərbaycan prosesi uğurla aparır. Milli təhlükəsizlik və suverenliyini ciddi şəkildə müdafiə edəcək: "Ümumiyyətlə, Laçın yolunda NBM qurulduqdan sonra, Rusiyanın Qarabağla bağlı siyasətinə Azərbaycan ciddi zərbə vurdu. Halbuki Rusiya çalışırdı ki, Laçın yolu əvvəlki vəziyyətində davam etsin. Qarabağın statusu gələcəyə saxlanılsın. Laçın yolunda NBM qurulması Qarabağda separatizmin davam etməsinin heç bir perspektivi olmadığını dərk ediblər. Baş verənləri N. Paşinyanin Azərbaycanın ərazi bütövlüyünü tanımağına bağlayırlar. Azərbaycan bir müddətdən sonra erməni sakinləri ilə dialoqu baş tutacaq. Xankəndində qondarma parlament və digər institutlar buraxılacaq. Həmçinin silahlı erməni birləşmələri də tərksilah olacaq".