Beynəlxalq müstəviyə çıxarılacaq nəşrlərimiz çox azdır - ÖZƏL

"Erməniçiliyin ifşası ilə bağlı çoxsaylı nəşrlər hazırlansa da onların əksəriyyəti yalnız ölkə daxilində istifadə üçündür. Beynəlxalq müstəviyə çıxarılacaq nəşrlər çox azdır". "Olaylar" xəbər verir ki, bunu Əmək Hüquqları Müdafiə Liqasının sədri Sahib Məmmədov deyib: "Bizim xarici dillərdə nəşr etdirdiyimiz kitabları dünya ölkələrində olan kitabxanalar demək olar ki, qəbul etmir. Yaxud edir, amma kataloqa daxil etmir. Bunun səbəblərindən də yazmışdım. Hər halda kimsə erməniçiliyi ifşa edən nəşrini başqa dilə tərcümə etdirirsə və onu hər hansı resurslarda yerləşdirəcəksə mütələq müəyyən məsələləri nəzərə almalıdır.

-Kitabda (onlayn kitabda) təhqir xarakterli fikirlər olmamalıdır

-İrqçi və nifrət dilində fikirlər olmamalıdır.

-Həqiqəti əks etdirən (onsuz da həqiqət bizim tərəfimizdədir. Heç nəyi şişirtməyə ehtiyac yoxdur) və ciddi mənbələrə əsaslanan yazılar olmalıdır.

Misal: "Vəhşi" sözü əvəzinə "qeyri-insanı" sözü işlənməlidir. Əgər mədəni irisin dağıdılmasından bəhs olunursa bu zaman "vandaliszm" termini daha uyğundur və s.

Təhqiraamiz, nifrət dili və şişirdilmiş və həqiqi olmayan yazılar verilən kitablar (istənilən yazı) nəinki faydalı deyil, əks effekt verir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31