Deputatlar Amerika Birləşmiş Ştatlarına səfər edəcəklər
8 İyun 2023 12:50 SiyasətMilli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri,Azərbaycan-Amerika Birləşmiş Ştatları parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Səməd Seyidov, deputatlar Asim Mollazadə, Nigar Arpadarai və Anatoliy Rafailov Birləşmiş Ştatların paytaxtı Vaşinqton şəhərinə səfər edəcəklər. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a bildirilib ki, səfərdə millət vəkillərimiz ABŞ Konqresinin senatorları və deputatları ilə bir sıra görüşlər keçirəcəklər. Görüşlərdə parlamentlərarası əməkdaşlığın inkişaf etdirilməsi və tərəfləri maraqlandıran digər məsələlərlə bağlı müzakirələr aparılacaq.
Səfər iyunun 17-də başa çatacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31