Ölkədə daxili siyasi proseslərə maraq yetərli səviyyədə deyil - ÖZƏL

Mövcud siyasi partiyaların yeni qanunvericiliyin tələbinə uyğun olaraq partiyaların təkrar qeydiyyatdan keçmələri üçün müraciət edəcəkləri son tarixə sayılı günlər qalır. Bildiyiniz kimi, yeni qanunun yanvarda qüvvəyə minməsindən sonra artıq çox sayda partiya xüsusi bəyanat yayaraq öz fəaliyyətlərini dayandırdıqlarını bildirib. 

"OLAYLAR"-ın xəbərinə görə, siyasi ekspert Əliabbas Məhərrəmli deyib ki, ölkədə qeydiyyatdan keçmiş partiyaların sayı altmışa yaxın olsa da, onların içindən barmaqla sayılacaq qədər təşkilat yeni qanunvericiliyin tələblərinə əməl etmək imkanındadır:

"Maraqlıdır ki, ciddi fəaliyyətləri görünməyən bəzi partiyalar isə, deyəsən, hakimiyyətin bu və ya digər formada güzəştli münasibətinə ümidlidirlər"

Ekspert deyib ki, iki-üç partiyadan başqa, digərləri təşkilatlanma işi ilə qətiyyən məşğul deyil: "Digər tərəfdən, açıq desək, ölkədə daxil siyasi proseslərə maraq da yetərli səviyyədə deyil".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31