Deputatımız beynəlxalq konfransda iştirak edib - ÖZƏL
8 İyun 2023 11:47 SiyasətMillət vəkili Sevinc Fətəliyeva Avropa Komissiyası və Avropa Şurasının birgə layihəsi olan "Avropada uşaq iştirakçılığı üzrə milli çərçivələrin və fəaliyyətin gücləndirilməsi (CP4Europe)" layihəsinin icrasının nəticələri müzakirələrinə həsr olunmuş konfransda iştirak edib. "Olaylar" xəbər verir ki, bu barədə millət vəkili özü məlumat verib: " Konfransda CP4 Europe layihəsinin tərəfdaş ölkələrindən Çexiya, Finlandiya, İslandiya, Portuqaliya və Sloveniyadan gələn gənclərlə uşaq iştirakının milli strategiyasını hazırlamaq, bütün səviyyələrdə qərar qəbul etmə prosesində uşaqların mənalı iştirakının həyata keçirilməsində qarşılaşılan çətinliklərin öhdəsindən gəlmək və onlara cavab vermək, sağlam mühidin qorunmasında uşaqların rolu və vəzifələri, süni intellektin həyatımıza mənfi və müsbət təsiri və digər məsələlər ətrafında maraqlı müzakirəkər apardıq".
.jpg)