Dövlətlər sərt monetar və fiskal siyasət yürütmək məcburiyyətində qalıblar - ÖZƏL
8 İyun 2023 11:25 Siyasət"2023-cü ildə dünyada iqtisadi proqnozlarda müəyyən dəyişikliklər baş verib. Belə ki, dünya iqtisadi proqnozlarında iqtisadi artım templərinin zəifləməsi tendensiyası müşahidə olunur". "Olaylar" xəbər verir ki, bunu deyən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişilinin sözlərinə görə, dövlətlər sərt monetar və fiskal siyasət yürütmək, uçot dərəcələrini qaldırmaq məcburiyyətində qalıblar: "Məlum olduğu kimi sərt monetar və fiskal siyasət ÜDM-ə, iqtisadi artım templərinə təsirsiz ötüşmür. 2023-cü ilin iqtisadi proqnozlarında həm dünyada, həm də Azərbaycanda ÜDM-də azalmaların gözlənildiyi proqnozlaşdırlır. Lakin bütün bunların fonunda 2023cü ilin dövlət büdcəsinin gəlirləri 3 milyard manatdan çox, xərcləri isə 3 milyard 200 milyon manatdan çox artırılır. Dövlət büdcəsində yaranan bu yeni imkanlar ölkəmizin qarşısında dayanan çağırışları təmin etməyə imkan verəcək".